Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa kubokunda ilk oyunlarını keçirəcək.
İdman.biz xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirin ilk günündə komandamız iki matça çıxacaq.
Yığmamız ilk matçında Malta, daha sonra Lüksemburqla qarşılaşacaq. Digər qrupda İrlandiya, Andorra, Kosovo və Kipr gücünü yoxlayacaq.
Avropa kuboku
Təsnifat mərhələsi
8 iyun
17:50. Azərbaycan – Malta
23:20. Azərbaycan – Lüksemburq
Qeyd edək ki, iyunun 8-9-da keçiriləcək oyunlarda ilk pillənin sahibi birbaşa Avropa kubokunun həlledici mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri və üçüncüləri çarpaz şəkildə digər qrupla mərhələ adlayacaq növbəti komandanı müəyyənləşdirəcək.
İdman.biz