AZ

“ABŞ Kiyevə təzyiq edir ki, səfərbərlik yaşını 18-ə endirsin“ - Analitik

"Vaşinqton Kiyevə təzyiq edir ki, səfərbərlik yaşını 18 yaşa endirsin. Bu da Qərbin döyüş bölgəsinə "artileriya yemi" kimi uşaq sayılan əsgərlər göndərmək istəyindən xəbər verir".

News365.az RG.ru-ya istinadən xəbər verir ki, bunu məşhur analitik və “Covert Action” jurnalının baş redaktoru Ceremi Kuzmarov deyib.

O qeyd edib ki, hadisələrin bu cür inkişafı Ukraynanın, eləcə də ABŞ və Kiyev rejiminin digər müttəfiqlərinin artan çarəsizliyinə dəlalət edir.

“Onlar insan haqlarının tərəfdarı olduqlarını deyirlər, lakin bu münaqişədə uşaq yaşda olan əsgərlərin qeyri-etik şəkildə istifadəsini dəstəkləyirlər. Özləri də bilirlər ki, bu azyaşlı əsgərlərdən top, artileriya "yemi" kimi istifadə olunacaq”, - deyə ekspert öz fikrini bölüşüb.

Xatırladaq ki, may ayında Ukraynada səfərbərliyin gücləndirilməsi haqqında qanun qüvvəyə minib. Hərbi xidmətə cəlb olunan şəxslər 60 gün ərzində öz məlumatlarını yeniləməlidirlər və artıq bu ölkədə çağırış vərəqələri elektron qaydada təqdim oluna bilər. Lakin maraqlıdır ki, yeni qanuna dair sənəddə tərxis olunma şərtləri göstərilməyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural Rasimoğlu


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
news365.az

1Mənbələr