Salyan, 8 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası Salyan şəhəri ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan Fərid Məmmədli və Ceyhun Ələkbərov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.