AZ

Danimarkanın Baş naziri küçədə döyüldü

Kopenhagendə naməlum şəxs Danimarkanın Baş naziri Mette Frederikseni döyüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Ekstra Bladet" nəşri məlumat yayıb.

Hadisə Kultorvet meydanında baş verib. Frederiksenin ciddi xəsarət almadığı, həmin şəxsin saxlanıldığı bildirilir.

Danimarkanın ətraf mühit naziri Magnus Heunicke "X" sosial şəbəkəsində bildirib ki, qadın hadisədən şoka düşüb. Hücum iyunun 9-da keçiriləcək Avropa Parlamentinə seçkilər ərəfəsində həyata keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
30
milli.az

10Mənbələr