Hacıqabul rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. Manset.az report.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Allahverdiyev Bayram Araz oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı B.Allahverdiyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona 4-cü bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.