AZ

Beyləqan sakinində 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb

Beyləqanda saxlanılan şəxsdən 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Vüsal Əzimov saxlanılıb. Onun əlində olan bağlamadan 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Mənbə: report.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
26
report.az

10Mənbələr