AZ

Beyləqan sakinində doqquz kiloqrama yaxın heroin və marixuana aşkarlanıb

Beyləqanda saxlanılan şəxsdən doqquz kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Vüsal Əzimov saxlanılıb. Onun əlində olan bağlamadan doqquz kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Seçilən
148
50
oxu.az

10Mənbələr