Hacıqabul rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Referans.az report.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Allahverdiyev Bayram Araz oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Hadisə zamanı B.Allahverdiyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona 4-cü bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta