AZ

Ayın orbitinə çıxan ilk astronavt qəzada həlak oldu...-FOTOLAR

İlk dəfə Ayın orbitinə çıxan "Apollon- 8" missiyasının astronavtı Uilyam Anders  ABŞ-da təyyarə qəzasında həlak olub.
 
Moderator.az  "Ukrainskaya pravda"ya istinadla  xəbər verir ki, bu haqda "CNN" məlumat yayıb. 
Anders Ayın orbitə çıxaran ilk insanlı kosmik gəmi olan Apollon 8-in ekipajının üzvü olub. 90 yaşlı astronavta məxsus " T-34 Mentor" təyyarəsi cümə günü qəzaya uğrayıb. Qəza zamanı Anders özü onu idarə edib. Təyyarə Orkas adası yaxınlığında Pyudjet Saund körfəzinə çırpılaraq batıb.
 
Ayın ətrafına dolanan ilk dünya sakinləri James Lovell,Uilyam Anders və Frenk Borman olub. Onların “Apollon 8” gəmisi yerin peykinin səthinə enməmiş, onun ətrafında bir neçə dəfə dövrə vuraraq Yerə qayıtmışdır. Bu, 1968-ci ildə baş verib. 1969-cu ildə isə məşhur "Apollon-11" gəmisi Ayın səthinə eniş edə bilib.
Apollon proqramı 1972-ci ilin dekabrında başa çatıb. Ümumilikdə 12 yer sakini başqa bir kosmik obyektin səthini ziyarət edib. Onlar Ayın üzərində ümumilikdə 35 km yol gediblər...
 
S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
1
moderator.az

1Mənbələr