AZ

BMTM-də Azərbaycan qadınlarının beynəlxalq platformalarda iştirakı barədə fikir mübadiləsi aparılıb

Bakı. Trend:

İyunun 7-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM)"Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalardaAzərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər"mövzusunda dəyirmi masa təşkil edilib.

Trend xəbər verir ki, çıxış edən BMTM-in İdarə Heyətinin sədriFərid Şəfiyev beynəlxalq münasibətlər sistemində genderbərabərliyinin vacib yer tutduğunu qeyd edib və Azərbaycanhökumətinin qadınların cəmiyyətin siyasi, iqtisadi və sosialhəyatında iştirakına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayeva qadınlarıncəmiyyətdə və beynəlxalq müstəvidə rolunun daha geniş şəkildətəşviq edilməsinin Azərbaycanda gender bərabərliyinin təminedilməsi və qadın hüquqlarının müdafiəsi baxımından önəm daşıdığınıdiqqətə çatdırıb. Həmçinin qadınların xarici siyasət məsələləri iləbağlı beynəlxalq səviyyədə səmərəli iştirakını təbliğ etmək üçünardıcıl fəaliyyətin aparılmasının əhəmiyyətini vurğulayıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,professor Hicran Hüseynova Azərbaycan xanımlarının tarix boyuxalqımızın inkişafında mühüm rol oynadığını qeyd edib. Ulu ÖndərHeydər Əliyevin hakimiyyəti illərində bu istiqamətdə atılanaddımların inqilabi əhəmiyyətə malik olduğunu bildirən H.Hüseynovabeynəlxalq platformalarda qadınların Azərbaycan həqiqətlərinindünya ictimaiyyətinə uğurla çatdırılması və milli maraqlarımızıntəmini istiqamətində fəal çıxış etdiyini vurğulayıb. O, Prezidentİlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədrininmüavini Aynur Sofiyeva qadınların ölkənin ictimai-siyasi həyatındaiştirakının artırılmasını Azərbaycan hökumətinin gündəliyində duranstrateji məsələlərdən biri olduğunu qeyd edib: "Azərbaycanqadınlarının dövlət idarəçiliyi və qərar qəbuletmə orqanlarındatəmsilçiliyi artır. Qadınlarımız beynəlxalq kürsülərdə ölkəmizilayiqli şəkildə təmsil edirlər”.

Xarici İşlər Nazirliyinin Humanitar və Sosial məsələlər idarəsirəisinin müavini Şəfa Qasımova müasir dövrdə gender bərabərliyi vəqadınların səlahiyyətlərinin artırılmasının Dayanıqlı İnkişafMəqsədləri (DİM) və hədəflər üzrə irəliləyişlərə mühüm töhfə verənbir amil kimi qiymətləndirib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professorTahirə Allahyarova beynəlxalq təşkilatlar və platformalarçərçivəsində ölkəmizin tədqiqat, araşdırma və beyin mərkəzlərinin,eləcə də QHT nümayəndələrinin qadın əməkdaşlarının iştirak vətəmsilçiliyi ətrafında fikirlərini bölüşüb, əldə edilmişnailiyyətlər və mövcud çətinliklər haqqında danışıb.

ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrəprorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunundirektor müavini Aygün Hacıyeva deyib: "ADA Universitetininakademik heyətində təmsil edilən qadın və qızlar xarici siyasətməsələləri üzrə beynəlxalq platformalarda fəal iştirakedirlər".

O, eləcə də “Beynəlxalq münasibətlər” ixtisası üzrə ADAuniversitetində təhsil prosesi ilə bağlı bir sıra statistikgöstəricilər barədə məlumat verib və bu ixtisas üzrə tələbələrarasında qızların çoxluq təşkil etdiyini vurğulayıb.

Daha sonra dəyirmi masa sual-cavab sessiyası ilə davametdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
az.trend.az

3Mənbələr