AZ

ABŞ Ukraynaya hərbi personal göndərməkdən imtina edib

ABŞ Ukraynaya hərbi personal göndərməkdən birmənalı şəkildə imtina etdiyini açıqlayıb

APA xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə ABŞ-ın Ukraynaya hərbçi göndərməkdən imtinası gələcəkdə də davam edəcək.

Görünür ki, Fransa hakimiyyətinin bəyanatları da ABŞ prezident administrasiyasının qərarına təsir etməyəcək.

İyunun 6-da NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyansın hazırda Ukraynada nizami hərbi qüvvələr yerləşdirmək planı yoxdur.

Bundan əvvəl də ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirmişdi ki, Vaşinqton və Şimali Atlantika Bloku Kiyevə hərbi müşavirlər göndərmək imkanını nəzərdən keçirmir.

Seçilən
166
apa.az

1Mənbələr