AZ

Böyük ölçülü model "Miss Alabama"nən qalibi oldu, tənqid edildi (FOTO)

Böyük ölçülü model Sara Milliken "Miss Alabama" gözəllik müsabiqəsinin qalibi olub və dərhal tənqidlərlə üzləşib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun” məlumat yayıb.

23 yaşlı model bədəni ilə bağlı tənqidlərə cavab verib. Tənqidçilərdən biri müsabiqəyə üçüncü dəfə qatılan Millikenin son dərəcə qeyri-sağlam olduğunu və Alabama ştatına biabırçılıq gətirəcəyini bildirib.

"Ekranınıza yazdığınız şey insanlara böyük təsir göstərə bilər. Baxmayaraq ki, mən artıq o mərhələni keçmişəm, bu cür zorakılıq insanları özləri haqqında nəsə etməyə vadar edə bilər”, deyə Sara Milliken bildirib.

O əlavə edib ki, ona ünvanlanan bəzi təhqirlər iyrəncdir. Sara nifrətin onu təxminən beş dəqiqə ərzində əhatə etdiyini, lakin sonra sosial media istifadəçilərinin yazdıqlarına diqqət yetirməmək qərarına gəldiyini etiraf edib. O, şəxsi bloqunda yazdığı yazıda insanları xeyirxahlığı yaymağa və nifrət edənlərə məhəl qoymamağa çağırıb.

Aydın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
qaynarinfo.az

2Mənbələr