AZ

Kişi orqanizminə Viagra kimi təsir edən yağ hansıdır?

Misir alimləri 600 kişi iştirakı ilə maraqlı elmi araşdırma aprıblar.

Saglamolun.az The Telegraph-a istinadla xəbər verir ki, alimlər kişilərdə potensiyanı gücləndirən ən yaxşı məhsulları axtarırdı.

Araşdırma zamanı müxtəlif yaşlarda olan kişilərin qidalanması və intim həyatı analiz edilirdi.

Nəticədə məlum olub ki, qidalanmada daha çox zeytun yağına üstünlük verən kişilər digər yağları istehlak edən kişilərlə müqayisədə intim həyatda daha az hallarda problemlərlə üzləşir.

Analizlər göstərib ki, həftədə ən azı 9 xörək qaşığı zeytun yağı istehlak edən kişilərdə əsas kişi hormonu olan testosteronun səviyyəsi daha yüksəkdir.

Kişilərdə ereksiya ilə problemlərin əmələ gəlməsi 80% hallarda ürək və damar problemləri ilə sıx bağlıdır.  Zeytun yağı isə ürək-damar sistemini qoruyur, damarların vəziyyətini yaxşıalaşdırır.

Alimlər kişilərə potensiyanı yüksək səviyyədə saxlamaq üçün zeytun yağından əlavə meyvə-tərəvəz, paxlalar, balıq, qoz-fındıq kimi məhsulları daha tez-tez istehlak etməyi tövsiyə edirlər. 

  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
turanpress.com

1Mənbələr