AZ

Fransa ukraynalı pilotların hazırlanmasına başlayır


Fransa hazırda ukraynalı pilotların hazırlanmasına başlayır.
Yeniavaz.com
xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə Yelisey sarayında keçirdiyi mətbuat konfransında deyib.
“Hazırda ukraynalı pilotların hazırlığı başlayır”, - Makron bildirib.
Makron Fransanın tədarük etməyi planlaşdırdığı təyyarələrin sayı ilə bağlı sualı cavablandırmaqdan yayınıb və bildirib ki, Kiyevin istəkləri nəzərə alınıb və əsas odur ki, pilotların hazırlığına indi başlamaq lazımdır.
Makron qeyd edib ki, Paris Kiyevə “Mirage 2000-5” qırıcılarının təhvil verilməsi ilə bağlı razılığa gəlməyi planlaşdırır. O, pilot hazırlığının 5-6 ay çəkəcəyini açıqlayıb və ehtimal edib ki, təyyarələrin təhvil verilməsi bu ilin sonunda başlaya bilər.
Qeyd edək ki, “Mirage 2000” qırıcıları “Dassault Aviation” tərəfindən hazırlanıb və 1984-cü ildən Fransa Hərbi Hava Qüvvələrində xidmətdədir. “Mirage 2000-5” modifikasiyası 1999-cu ildə çıxıb və ilk növbədə çoxsaylı hədəfləri izləmək üçün təkmilləşdirilmiş radarla seçilib. Bu təyyarələrin əsas vəzifəsi yüksək hündürlükdə yüksək sürətlə hədəfləri tutmaqdır. Daha sonra bu qırıcının yer hədəflərini vurmaq üçün avadanlıqla təchiz edilmiş bir neçə versiyası çıxıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
yeniavaz.com

1Mənbələr