AZ

Rusiya ümid edir ki, erməni parlamentarilər bunu edəcəklər - » AzadMedia.az


Rusiya ümid edir ki, erməni parlamentarilər Rusiya ordusunun Ukraynanın Buça şəhərində keçirdiyi əməliyyatlar nəticəsində həlak olanların siyahısını Moskvaya təqdim edəcəklər.

Azadmedia.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova bugünkü brifinqdə Ermənistan nümayəndə heyətinin Kiyev vilayətinin Buça şəhərinə səfəri ilə bağlı məlumatı şərh edərkən bildirib.

Belə ki, “Təbii ki, Ermənistan parlament nümayəndə heyətinin əlində Kiyev rejiminin Rusiya ordusuna aid etdiyi qurbanların siyahısı var və həmin şəxslərin guya Rusiya tərəfindən öldürüldüyünü iddia edir. Biz həqiqətən ümid edirik ki, Ermənistan tərəfi siyahını Rusiya tərəfi ilə bölüşəcək. İki ildir ki, bu məlumatları təşkilatlara, o cümlədən BMT-yə təqdim edə bilmirlər”, - deyə o bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
azadmedia.az

2Mənbələr