AZ

“Mehdi Hüseynzadə”də bu yeniliklər ediləcək – planlar açıqlandı

Konfrans Liqasında çıxış edəcək “Sumqayıt” ev oyununu “Mehdi Hüseynzadə”də keçirmək istəsə də, bəzi nöqsanlar buna mane olur.

Bu üzdən stadionda müəyyən işlərin görülməsi vacibdi. Arenanın tələb olunan standartlara uyğun hala gətirilib-gətirilmədiyi haqda ətraflı məlumat almaq üçün “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Meydançanın kənarında əks tərəfdən videoçəkiliş üçün platforma qurulmalı və bütün stadion ərazisində təhlükəsizlik kameralarının sayı artırılmalıdı. İdman qurğusuna daxil olmaq üçün turniketlər quraşdırılması nəzərdə tutulub. Bunlar əsas bilet satıcısı olan “İtickets”in sistemiylə uyğunlaşdırılacaq. Həmçinin tribunada fiziki məhdudiyyətli azarkeşlər üçün nəzərdə tutulmuş yerlər təkmilləşdiriləcək. Onları müşayiət edən şəxslər üçün oturacaqlar yerləşdiriləcək. Bununla yanaşı, media tribunası mərkəzə gətirilə bilər. Alınmasa, önündən kiminsə keçə bilməməsi üçün hər iki tərəfdən giriş-çıxışa məhdudiyyət qoyulacaq. Bayraq dirəklərinin quraşdırılması da planlaşdırılır. Bilindiyi kimi, çəkiliş üçün stadion ətrafında siqnal alınan nöqtə olur. Bu sistem avrokubok matçlarında fərqlidi. Hazırda həmin nöqtə bir qədər kənardadı və stadiona yaxınlaşdırılmalıdı. Belədə bu ərazidə olan qazon asfalt zonayla əvəzlənəcək ki, canlı yayın avtomobillərinin yerləşdirilməsi mümkün olsun. Həmçinin bu yerdə dayanacaq yaradılacaq. Əlimizdən gələni edirik ki, tezliklə bütün işləri başa çatdıraq”.


KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
football-plus.az

1Mənbələr