AZ

Restorandan stol-stul oğurladı, həbs edildi

Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "Dost qapısı” restoranın stol və stuları oğurlanıb. Manset.az Qaynarinfo-ya istinadən oğurluğu törədən 1997-ci il təvəllüdlü Asif Hacıyev (şərti) saxlanılıb.  Asif restoranın açıq sahə hesab olunan həyətindən ümumi dəyəri 440 manat olan 1 ədəd stol, 4 ədəd stul və 1ədəd manqalı oğurlayıb.  Onun Gəncədə bir avtomobildən 80 manat dəyərində olan akkumlyatoru oğurlaması da məlum olub. 

Məhkəmənin qərarı ilə Asif İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və 23 gün inzibati qaydada həbs  edilib.

Seçilən
178
19
manset.az

10Mənbələr