AZ

Maşa Rasputinadan Rusiyadan gedən müğənnilərə tövsiyə...

...Səhnəyə qayıdışını elan edən müğənni Maşa Rasputina xüsusi əməliyyatdan sonra ölkəni tərk edən həmkarlarına sakit oturmağı və özlərini incitməməyi tövsiyə edib.

O, bu barədə Boris Korçevnikova müsahibəsində bildirib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənətçi bu mövqeyi nankorluq və vicdansızlıq adlandırıb.

...Əgər qaçırsansa, qaçdığın yerdə sakit otur. Sənə hər şeyi verən ölkə haqqında niyə danışırsan? Hər şeyi məhv etməyin. Bu “qullar və kölələr” vaxtiləsizin konsertlərinizə gəlib və son pullarını veriblər.

Qeyd edək ki,vaxtilə Maşa Rasputinanı SSRİ xalq artisti Alla Puqaçovanın varisi adlandırırdılar.

Tənqidçi Sergey Sosedovun dediyinə görə, Puqaçova o vaxtlar Rasputinin səhnəsinə qısqanclıqla yanaşırmış.

Mütəxəssisin fikrincə, Rasputina səs bölgüsü ilə oxuya bildiyi üçün səs baxımından Puqaçovadan üstün idi.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
sia.az

1Mənbələr