AZ

5 hektar ərazi külə döndü

Antalyanın Aksu mahalının Alaylı rayonunda saat 07:00 radələrində meşə yanğını baş verib.

News24.az xəbər verir ki, yanğına 2 təyyarə, 5 helikopter, 5 su tankeri, 4 su təchizatı maşını, 1 ilk müdaxilə maşını, 1 dozer və çoxlu sayda yanğınsöndürən cəlb olunub.

Təxminən 1 saatlıq müdaxilədən sonra yanğın nəzarət altına alınaraq soyutma işlərinə başlanılıb. Yanğın zamanı 5 hektar ərazi yanıb.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
news24.az

1Mənbələr