AZ

Rusiyanın nivə zərbəsi endirməsi nə qədər realdır?

Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan bugünə qədər beynəlxalq aləmdə nüvə müharibəsi barədə müxtəlif fikirlər səslənir. Müharibənin ilk günlərində bu haqda çox danışılmasa da, hazırda nüvə müharibəsi aktual mövzuya çevrilib. Bunun əsas səbəbi odur ki, Qərb dövlətləri Ukraynaya hərbi dəstəyi artırıb və bu, nüvə dövləti olan Rusiyanın ciddi narazılığına səbəb olub. ABŞ və bir qrup Avropa ölkəsi Ukraynaya verdikləri silah və hərbi texnikadan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə edilə biləcəyini vurğulayıblar. Kreml bunu NATO ölkələrinin Rusiyaya qarşı müharibə elanı kimi qiymətləndirib.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində əks olunub.

Bildirilib ki, nüvə müharibəsindən ən çox danışan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident və baş nazir Dmitri Medvedyevdir:

“O bildirib ki, keçmişdə Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamayacağını söyləyirdilər. “Ancaq bu baş verdi və Qərbin yanıldığı üzə çıxdı” deyən Medvedyev Rusiyanın nüvə silahından istifadə etməyəcəyi fikirlərinin də yanlış ola biləcəyinə işarə vurub. Rusiya rəsmiləri onu da vurğulayırlar ki, Avropa ölkələri əhali baxımından sıxdırlar və bu qitəyə atılan nüvə silahı böyük itkilərə səbəb olacaq. Bunu deyən rusiyalı rəsmilər nüvə silahına malik olan dövlətlərin cavab olaraq Rusiyaya qarşı nüvə silahından istifadə etməsini məsələsi barədə fikir bildirmirlər.

Rusiyanın strateji tərəfdaşı Çinin də xeyli nüvə silahı var. Ancaq Çin rəsmiləri rusiyalı tərəfdaşları kimi “nüvə müharibəsi” mövzusunda ehtiyatlıdırlar. Çin müdafiə naziri açıqlama verərək Pekinin müdafiə strategiyasında nüvə silahından istifadə edilməməsinin tərəfdarıdır: “Keçmişdə Çinə qarşı nüvə təhdidləri səslənsə də, Pekin nüvə silahından istifadə edilməməsi siyasətinə sadiqdir”.

Buna baxmayaraq, Vaşinqton Pekinin Rusiyaya artan hərbi dəstəyindən narahatdır. Halbuki Pekin Rusiyaya hərbi texnika vermədiyini israr edir. Digər tərəfdən Pekin nüvə silahından istifadə edilməməsi strategiyasını bəyan etsə də, nüvə arsenalını ildən ilə artırır. Çinin Tayvan ətarfındakı hərbi təlimlərində nüvə başlığı daşıya bilən gəmilər də var idi. Bu təlimlər rəsmi olaraq başa çatsa da, Çinin ada ətrafında hərbi fəaliyyəti bitməyib, döyüş təyyarələri və hərbi gəmilər birgə döyüş hazırlığı patrulunu davam etdirirlər.

Çinin bölgədə artan gücü Hindistanı ciddi narahat edir. Hindistan strateji dəniz layihəsi reallaşdırır, Andhra Pradeş əyalətində nüvə sualtı qayıqları üçün yeraltı baza tikilir. Qərargahı Visakhapatnamda yerləşən Şərq Dəniz Komandanlığı tərəfindən idarə olunan Hindistanın şərq sahilindəki bu qabaqcıl dəniz bazası Benqal körfəzində əsas nöqtə kimi xidmət edəcək. Layihə 20 kvadrat kilometr ərazini əhatə edir və 2025-2026-cı illərdə tam istismara verilməsi gözlənilən bazada ən azı 10 nüvə sualtı qayığı yerləşdiriləcək. Bazanın tikintisi dağa çoxsaylı tunellərin, böyük dayaqların və dəstək qurğularının yaradılması da daxil olmaqla geniş mühəndislik səylərini əhatə edir. Dəqiq dəyəri bilinməsə də, hesablamalar onun 3,75 milyard dollara çatacağını göstərir.

Bu arada, Avropanın Pekinin siyasətindən daha bir narahatlığı var. Praqada yerləşən analitik mərkəzi olan Beynəlxalq Əlaqələr Assosiasiyasının son araşdırmasına görə, Çin Avropa seçkilərinə təsir göstərmək üçün müxtəlif üsullardan istifadə edir. Pekin yeni Avropa Parlamentinin Çinə münasibətinin dəyişəcəyinə ümidlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
12
axar.az

10Mənbələr