AZ

"Qorxunu normallaşdırdıq"

Bu yaxınlarda İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsinin 2-ci ərazisində onlarla köçkünün sığındığı məktəbi bombalayıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, hücum nəticəsində 12-si uşaq olmaqla 39 nəfər həlak olub.

Birləşmiş Millətlər Təşkilatının Fələstin üzrə Agentliyinin (UNRWA) planlaşdırma direktoru Sem Rouzun sözlərinə görə, İsrailin Qəzzanın cənubundakı hücumu nəticəsində baş verən kütləvi itkilər qərbdə normallaşır və hətta Qəzzanın özündə də fatalizm hissinə səbəb olur.

UNRWA-nın planlaşdırma direktoru Rouz, "Əvvəlki müharibələrdə belə hadisələr qəzəb doğurub, əbədi olaraq xatırlanırdı. Amma bu müharibədə hər şeyin baş verməsi demək olar ki, adi hala çevrilib.  Qorxunu normallaşdırdıq" dedi.

Vaşinqton İsrailin hücumla bağlı ictimaiyyətə məlumat verməkdə tam şəffaf olmasını gözlədiyini bildirib.

Günel Məlikzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
news24.az

1Mənbələr