AZ

"Ağıllı" avtomobil 4 nəfəri vurdu

Avtopilotlu Xiaomi SU7 avtomobili qəza törədərək dörd nəfəri vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə GizmoChina məlumat yayıb. Bildirilir ki, mart ayında satışa çıxarılan SU7 avtomobili Çində qəzaya uğrayıb. Avtomobil dayanacaqdan çıxarkən idarəetməni itirərək qəfil sürətlənib, bir neçə avtomobilə çırpılıb və dörd piyadanı vurub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər ölüb.

Qeyd edilir ki, Xiaomi SU7 avtopilot funksiyalarına malikdir, lakin hadisə zamanı avtomobilin kompüter və ya insan tərəfindən idarə edildiyi məlum deyil.

Daha əvvəl Çin mediasında elektromobilin işində kritik nasazlıqlar olması ilə bağlı məlumatlar yayılıb. Amma Xiaomi şirkəti bu məlumatları təkzib edib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
teleqraf.com

1Mənbələr