AZ

Premyer Liqa klubunda 3 ayrılıq

İngiltərənin "Lester" klubu 3 futbolçusu ilə yollarını ayırıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "tülkülər" Mark Olbrayton, Keleçi İheanaço və Dennis Praet ilə vidalaşıb.

Futbolçular müqavilələrinin başa çatması səbəbindən klubla əməkdaşlığı dayandırırlar. "Lester" klubu hücumçusu Ceyms Vardi ilə isə 1 illik yeni müqavilə imzalayıb.

Qeyd edək ki, hər üç oyunçu “Tülkülər”in tərkibində İngiltərə Kubokunu, Olbrayton da ölkə çempionluğunu qazanıb. "Lester" Çempionşip mövsümünün sonunda Premyer Liqaya yüksəlib. Komanda ilə uğur qazanan mütəxəssis Enzo Mareska daha əvvəl klubu tərk edərək "Çelsi"yə keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
90deqiqe.az

1Mənbələr