AZ

Kay Haverts tələbəlik arzusu haqda söhbət açdı

“Arsenal”ın yarımmüdafiəçisi Kay Haverts zaman-zaman, peşəkar səviyyədə futbol oynamaq əvəzinə tələbə olmaq arzusunun olduğunu bildirib.

Arena.az almaniyalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Bəzən öz-özümə fikirləşirəm ki, mən böyük bir şəhərdə yaşayan və öz həyatını yaşayan tələbə olmağı üstün tuturam. Amma adətən bu, tez keçir, çünki futbol oynamağı sevirəm”, deyə Haverts bildirib.

Xatırladaq ki, Kay Haverts “Arsenal”a 2023-cü ilin iyulunda 75 milyon avro müqabilində “Çelsi”dən keçib. Alman futbolçunun “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövümündə Haverts “Arsenal”ın heyətində bütün yarışlarda 51 oyuna çxııb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Alman futbolçu topçularla İngiltərə Super Kubokunun 2023/2024-cü illər mövsümünün qalibi olub. London təmsilçisi İngiltərə Premyer Liqasını isə 89 xalla 2-ci pillədə başa vuraraq, gümüş medalın sahibi olub.

Kay Haverts 2018-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 45 oyuna 15 qol, 14 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı alman hücumameylli yarımmüdafiəçi Kay Havertsin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
161
arena.az

1Mənbələr