AZ

Simonyan Rusiyanı Ermənistanı təhdid etməməyə ÇAĞIRDI

Ermənistan parlamentinin sədri Rusiya Federasiyasını Ermənistanı təhdid etməməyə çağırıb.

İnterpress.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinə cavab verib.

O, Qaluzinin İrəvanın tələsik addımlarının Rusiya Federasiyası və KTMT-nin digər üzvləri ilə ümumi müdafiə məkanı yaratmaq üçün birgə işləməyin mümkünsüzlüyünə gətirib çıxara biləcəyi barədə sözlərinə münasibət bildirib.

“Əvvəla, xahiş edirəm, dayanın, bizi təhdid etməyin. KTMT haqqında danışmağı dayandırın. Təşkilatdan danışanda, gəlsinlər desinlər ki, KTMT sərhəddi hardadır, onun həm KTMT-nin tərəfdaşı, həm də Ermənistan-Rusiya müqaviləsinin tərəfi kimi hansı öhdəlikləri var”, – Simonyan deyib.

Xatırladaq ki, fevralın 23-də “France24” telekanalına müsahibəsində Paşinyan Ermənistanın KTMT-də iştirakının dondurulduğunu bəyan edib. Mayın 8-də Ermənistan Xarici İşlər Nazirliyi ölkənin 2024-cü ildə KTMT-nin maliyyələşdirilməsində iştirak etməyəcəyini açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
interpress.az

1Mənbələr