İraqın şimalında 2 terrorçu zərərsizləşdirildi
İraqın şimalında Pençe-Kilid əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizə əməliyyatlarını davam etdirir:
“Qüvvələrimiz İraqın şimalında Pençe-Kilid Əməliyyatı bölgəsində aşkarladıqları daha 2 PKK terrorçusunu zərərsizləşdirib.
Sözügedən bölgədə və digər ərazilərdə hərbi əməliyyatlarımız davam edəcək”.
Aysu
Demokrat.az