AZ

Türklər millimizi darmadağın etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində ikinci oyununu keçirib.

Sportal.az xəbər verir ki, millimiz Türkiyənin U-20 komandası ilə qarşılaşıb. Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş Türkiyə kollektivinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
sportal.az

1Mənbələr