AZ

ChatGPT müxtəlif səsləri imitasiya etməyi öyrənib (VİDEO)

     OpenAI şirkəti GPT-4o adlı yeni süni zəka modeli üçün bir neçə müddət bundan öncə anons edilmiş səsli rejim funksiyasına aid yeni videonu təqdim edib. Təqdim edilmiş videoda süni zəkanın uydurma personajların səslərini necə yaratdığı əks olunub. Videodan da görmək olar ki, OpenAI əməkdaşı hansısa hekayəni uydurur və ChatGPT-dən uydurulmuş hekayənin personajları üçün səslərin yaradılmasını istəyir. OpenAI əməkdaşı ilk növbədə çat-botdan əzəmətli aslan tərzində səsin, daha sonra isə siçan tərzində səsin yaradılmasını xahiş edir.     Çat-botun əzəmətli aslan tərzində yaratmış olduğu səs əməkdaşın xoşuna gəlsə də, siçan tərzində yaratmış olduğu səs onu qane etməyib. Buna görə də o, ChatGPT-dən siçan tərz səsin daha da aşağı səviyyədə yaradılmasını istəyir. Bu üsul ilə əməkdaş səsin siçan səsinə bənzəməsinə nail olmaq istəyib. Çat-bot öz növbəsində əməkdaşın sorğusunu dərhal yerinə yetirib və siçan tərz səsin yeni versiyasını yaradıb. Yeni versiya isə əməkdaşı qane edib. OpenAI bildirib ki, ChatGPT-nin bu audio funksiyası yaxın zamanda istifadəyə veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
technote.az

1Mənbələr