AZ

SpaceX şirkəti Starship-in dördüncü uçuş cəhdini uğurla yekunlaşdırıb (VİDEO)

     Dünən SpaceX şirkəti Starship kosmik gəmisinin dördüncü uçuş cəhdi çərçivəsində sonunda onun uçuş və eniş proseslərini uğurla reallaşdıra bildi. Starship-in indiyənə kimi aparılmış test uçuşlarından fərqli olaraq dünənki uçuş cəhdi zamanı kosmik gəmi uğurla Yer kürəsinin atmosferinə çatandan sonra yenidən geri qayıdaraq uğurlu şəkildə Hind okeanındakı xüsusi platformaya eniş edib. Qeyd etmək lazımdır ki, uçuşa start veriləndən bir neçə dəqiqə sonra Super Heavy adlı sürətləndirici raket də Starship-dən uğurlu şəkildə ayrılaraq Meksika körfəzində enişi reallaşdırıb. Super Heavy ayrılandan sonra Starship 1 saat ərzində öz uçuşunu davam etdirib və atmosferə missiyanın 45-ci dəqiqəsində çatıb. 53 km-lik yüksəklikdə Starship-in qapaqlarından biri yanmağa başlayıb və onun xarici hissəsində olan kamera isə çatlayıb. Lakin bütün bunlara baxmayaraq Starship öz tapşırığının öhdəsindən uğurla gələ bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
technote.az

2Mənbələr