AZ

Müəllimlərin növbəti sertifikasiya imtahanına SAYILI GÜNLƏR QALDI ...VİDEO

Həm maaşları artır, həm də valideynlər daha çox inam bəsləyir...

Xezerxeber.az xəbər verir ki, söhbət sertifikasiya imtahanından  uğur  qazanan orta məktəb müəllimlərindən gedir.

Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin direktor müavini Mehriban Vəliyevanın sözlərinə görə, sertifikatlaşdırma təhsil sistemində əhatəlilik baxımından ən  böyük təhsil islahatdır.

Mehriban Vəliyeva onu da vurğuladı ki, bu, həm də müəllimlər üçün karyera yüksəlişidir. Onu da qeyd etmək lazımdır ki, bu il sertifikatlaşdırmaya ilk dəfə cəlb olunacaq müəllimlər imtahanla bağlı məlumatlandırılıblar.

Bu il riyaziyyat və xarici dil , həmçinin rus bölməsində Azərbaycan dili, rus dili və ədəbiyyatı və s. fənləri tədris edən, pedaqoji stajı 3 il olan müəllimlər də imtahan verəcəklər.

Təhsil ekssperti Rizvan Fikrətoglu bidlirdi ki, sertifikasiya 60 yaşdan yuxarı olan müəllimlər arasında könüllüdür. Sertifikasiyadan kəsilən müəllimlərin isə MİQ-də iştirak səlahiyyəti əllərindən alınmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
xezerxeber.az

1Mənbələr