AZ

"Citroen" məşhur modelin istehsalını dayandırır

Fransanın "Citroen" şirkəti rentabelsizliyə görə cross-kupe C5 X-in istehsalını ləğv edəcək.

Valyuta.az xəbər verir ki, bu barədə carscoops.com şirkətin rəhbəri Tyerri Koskasa istinadən yazıb.

Onun sözlərinə görə, "Citroen" artıq orta seqment avtomobilləri istehsal etməyəcək və diqqətini kiçik və yığcam modellərin istehsalına yönəldəcək. Ola bilsin ki, gələcəkdə fransız şirkəti öz model çeşidini beş və ya altı avtomobillə məhdudlaşdırsın.

Gələcək haqqında danışan "Citroen"in baş direktoru brendin “sərfəli, sadə və rahat” avtomobillərə mərc edəcəyini vurğulayıb.

"Citroen C5 X" 2021-ci ildə debüt edib. Avtomobil sedanın, liftbekin və krossoverin xüsusiyyətlərini özündə birləşdirən qeyri-adi dizayn alıb.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
valyuta.az

2Mənbələr