AZ

387 yaşlı ev 800 min dollara satışa ÇIXARILDI

ABŞ-nin Massaçusets ştatında ABŞ-nin yaranmasından əvvəl tikilmiş ev satışa çıxarılıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, ev 800 min dollar dəyərində qiymətləndirilir. Ev Plimpton şəhərində ingilis kolonisti Stiven Brayant tərəfindən tikilib. Tikinti 1669-cu ilə aiddir. ABŞ-nin ən qədim binası olan evin 387 yaşı var. Dövlətin rəsmi tarixi 1783-cü ildən başlayır.

Torpaq sahəsi 80 hektardır və evin sahəsi 230 kvadratmetrdən çoxdur. Bina o vaxtkı ümumi taxta çərçivə texnologiyasından istifadə edilməklə tikilmişdir. 1703-cü ildə beş mərtəbəyə qaldırılıb və çardaq əlavə edilib. Evdə üç yataq otağı və iki vanna otağı var. Evdə orijinal elementlərlə yanaşı, müasir şərait də var - paltaryuyan, quruducu, generator, qızdırıcılar, yağ çəni və yeni elektriklər. Həyətində ayrıca qaraj və toyuq hini var.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
redaktor.az

1Mənbələr