Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında boşanmaların təhlükəli statistikası ilə yanaşı vətəndaş nikahı məsələsinə də toxundu:
- Millət vəkili “vətəndaş nikahı yoxdur”, deyəndə nəyi nəzərdə tutur, nəyə əsasən bunu deyir, anlaşılmazdır. Vətəndaş nikahı rəsmi nikah bağlanmadan, nikah sənədi olmadan fərdlərin birgə yaşaması deməkdir. Yəni, dövlət səni ailə olaraq təsdiqləməyib, lakin sən buna rəğmən ailə kimi birgə yaşayırsan. Qeyri-qanuni bərabərlik, əks cinslərin birgə yaşayışı deməkdir, vətəndaş nikahı. Ölkədə vətəndaş nikahı nəinki yoxdur, əksinə, gündən-günə artır. Sənədsiz doğulan uşaqların sayına baxanda məlum olur vətənaş nikahı var, ya yoxdur. Boşanmaların statistikası yanvar-fevral ayları üzrədir. Yarım ilin statistikası açıqlananda, bilinəcək nə qədər boşanmalar olub, ilin ilk 6 ayında. Hələ bu ilin ilk 2 ayının statistikasıdır, dəhşətli rəqəmlərdir. Vətəndaş nikahı bağlayıb sonra ayrılan cütlüklərin statistika aparılsa və bu rəqəmlərə əlavə olunsa, görün boşanma rəqəmləri hansı səviyyədə olar. Vətəndaş nikahının sayını bilmək üçün bu nikahdan doğulan uşaqların sayına baxmaq lazımdır. Təəssüf ki bu statistikanı əldə etmək mümkün deyil. Hələ övladı olmayıb sonra ayrılanlar da var. Belə statistikanı aparmaq da mümkün deyil. Sadəcə, rəsmi nikahdankınar doğulan uşaqların sayına uyğun vətəndaş nikahının da sayını bilmək olar. Əslində bu cür münaisəbətləri dünyanın müxtəlif ölkələrində olduqca humanist ifadələrlə adlandırılar. Sivil ailə, sivil ailə mdeli deyirlər, bəzilərində vətəndaş nikahı deyirlər. Çalışrlar normal hal kimi təqdim etsinlər vətəndaş nikahını. Amma bu, normal deyil. Çünki sonrakı mərhələlərdə problemlər ortaya çıxanda onların həlli çox çətin olur.Dövlət öz ailəsini özünün verdiyi rəsmi şəhadətnamə ilə tanıyır. Dövlətin verdiyi imtiyazlardan yararlanmaq üçün də nikah şəhadətnaməsinə ailənin ehtiyacı var. Adını nə qoyursan qoy, vətəndaş nikahı nəticə etibarilə bütün hallarda dövlətin tanımadığ ailə modelidir. Nikahdanknar doğulan uşaqların sənəd problemi olur, bəzən ata öz soyadının uşağa vermir, bu da məktəbdə problem yaradır, uşaq böyüdükcə onun üçün ağır travma halını alır. Bütün hallarda valideynlər övlad dünyaya gətirdikdə düşünməli, vətəndaş nikahdadırlarsa qanundan kənar övlad dünyaya gətirdiklərini bilməli və buna görə böyük bir məsuiyyət daşıdıqlarının fərqində olmalıdırlar. Dünyaya uşaq gətirmək təkcə iki nəfərin məsələsi deyil. Bu cəmiyyətin məsələsidir. Bir qisim insan “müasir düşüncəliyəm”, deyib nikahdankənar övlad dünyaya gətirir. Amma sabah bir problem yarananda, bu artıq dövlətin probleminə çevrilir. Ona görə də insanlar münasibətlərinə qərar verəndə hər bir məsələ üzərində, xüsusən də dünyaya gətirəcəkləri övladlarının gələcəyini ciddi düşünməlidirlər.
Törə Zeynallı
Demokrat.az