AZ

Vətəndaş nikahını normal hal kimi təqdim etməyə çalışırlar, amma...

 Milli Məclisdə boşanmaların statistikası ciddi müzakirə predmeti olub. Parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı millət vəkili Müşfiq Cəfərov 2024-cü ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma aktının baş verdiyini deyib. Millət vəkili ölkədə boşanmaların sayının ciddi şəkildə artdığını bildirirb: “Bu, artıq SOS siqnalıdır və qarşısının alınması üçün ciddi addımlar atılmalıdır. Nəzərə alsaq ki, ölkədə vətəndaş nikahı yoxdur, insanlar tövsiyə, məsləhət əsasında nikaha daxil olurlar. Hətta bir çox hallarda bir-birilərini yaxından tanımırlar. Təbii ki, bu da sonradan boşanmaların sayının artmasına gətirib çıxarır”.

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında boşanmaların təhlükəli  statistikası ilə yanaşı vətəndaş nikahı məsələsinə də toxundu: 



- Millət vəkili “vətəndaş nikahı yoxdur”, deyəndə nəyi nəzərdə tutur, nəyə əsasən bunu deyir, anlaşılmazdır. Vətəndaş nikahı rəsmi nikah bağlanmadan, nikah sənədi olmadan fərdlərin birgə yaşaması deməkdir. Yəni, dövlət səni ailə olaraq təsdiqləməyib, lakin sən buna rəğmən ailə kimi birgə yaşayırsan. Qeyri-qanuni bərabərlik, əks cinslərin birgə yaşayışı deməkdir, vətəndaş nikahı. Ölkədə vətəndaş nikahı nəinki yoxdur, əksinə, gündən-günə artır. Sənədsiz doğulan uşaqların sayına baxanda məlum olur vətənaş nikahı var, ya yoxdur. Boşanmaların statistikası yanvar-fevral ayları üzrədir. Yarım ilin statistikası açıqlananda, bilinəcək nə qədər boşanmalar olub, ilin ilk 6 ayında. Hələ bu ilin ilk 2 ayının statistikasıdır, dəhşətli rəqəmlərdir. Vətəndaş nikahı bağlayıb sonra ayrılan cütlüklərin statistika aparılsa və  bu rəqəmlərə əlavə olunsa, görün boşanma rəqəmləri hansı səviyyədə olar. Vətəndaş nikahının sayını bilmək üçün bu nikahdan doğulan uşaqların sayına baxmaq lazımdır. Təəssüf ki bu statistikanı əldə etmək mümkün deyil. Hələ övladı olmayıb sonra ayrılanlar da var. Belə statistikanı aparmaq da mümkün deyil. Sadəcə, rəsmi nikahdankınar doğulan uşaqların sayına uyğun vətəndaş nikahının da sayını bilmək olar. Əslində bu cür münaisəbətləri dünyanın müxtəlif ölkələrində olduqca humanist ifadələrlə adlandırılar. Sivil ailə, sivil ailə mdeli deyirlər, bəzilərində vətəndaş nikahı deyirlər. Çalışrlar normal hal kimi təqdim etsinlər  vətəndaş nikahını. Amma bu, normal deyil. Çünki sonrakı mərhələlərdə problemlər ortaya çıxanda onların həlli çox çətin olur.Dövlət öz ailəsini özünün verdiyi rəsmi şəhadətnamə ilə tanıyır. Dövlətin verdiyi imtiyazlardan yararlanmaq üçün də nikah şəhadətnaməsinə ailənin ehtiyacı var. Adını nə qoyursan qoy, vətəndaş nikahı nəticə etibarilə bütün hallarda dövlətin tanımadığ ailə modelidir. Nikahdanknar doğulan uşaqların sənəd problemi olur, bəzən ata öz soyadının uşağa vermir, bu da məktəbdə problem yaradır, uşaq böyüdükcə onun üçün ağır travma halını alır. Bütün hallarda valideynlər övlad dünyaya gətirdikdə düşünməli, vətəndaş nikahdadırlarsa qanundan kənar övlad dünyaya gətirdiklərini bilməli və buna görə böyük bir məsuiyyət daşıdıqlarının fərqində olmalıdırlar. Dünyaya uşaq gətirmək təkcə iki nəfərin məsələsi deyil. Bu cəmiyyətin məsələsidir. Bir qisim insan “müasir düşüncəliyəm”, deyib nikahdankənar  övlad dünyaya gətirir. Amma sabah bir problem yarananda, bu artıq  dövlətin probleminə çevrilir. Ona görə də insanlar  münasibətlərinə qərar verəndə hər bir məsələ üzərində, xüsusən də dünyaya gətirəcəkləri övladlarının gələcəyini ciddi düşünməlidirlər. 

Törə Zeynallı 
Demokrat.az

Seçilən
127
demokrat.az

1Mənbələr