AZ

“Əliyev təklif səsləndirməyib, reallığı bəyan edib” – Matevosyan

“Minsk qrupunu bağlayanlar Mirzoyan və Paşinyan olacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Benyamin Matevosyan öz Telegram kanalında yazıb.

O qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi Əliyevin Minsk qrupunun ləğvi üçün ATƏT-ə birgə müraciət etmək təklifi ilə bağlı sözlərinə cavab verməyib:
“Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, guya İlham Əliyevin dünənki açıqlamalarına cavab verib. Xüsusilə, Ararat Mirzoyanın ofisi bəyan edib ki, Ermənistan Konstitusiyası və ona düzəlişlər ölkənin daxili işidir. Əvvəla, Xarici İşlər Nazirliyi çox gözəl bilir ki, nə müqavilənin imzalanma müddəti, nə də imzalanma yeri Paşinyandan asılı deyil. Tavuşda ərazilərin təhvil verilməsi məsələsində olduğu kimi, Paşinyana sadəcə olaraq nə və nə vaxt edəcəyi barədə məlumat veriləcək”, – deyə Matevosyan qeyd edib.

O yazıb ki, Ermənistan XİN Əliyevin Qarabağ münaqişəsi ilə məşğul olan Minsk Qrupunun ləğvi üçün ATƏT-ə birgə müraciət etmək təklifi ilə bağlı sözlərinə heç bir reaksiya verməyib.

“Mirzoyanın ofisi bu fikirlərə reaksiya vermədi, çünki o bilir ki, Əliyev təklif səsləndirməyib, reallığı bəyan edib. Minsk Qrupunu bağlayanlar Mirzoyan və Paşinyan olacaq”, – deyə Benyamin Matevosyan qedy edib.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
konkret.az

1Mənbələr