AZ

"Bakubus" avtobuslarında sürət həddi niyə endirildi ? – TƏFƏRRÜATVİDEO

"Bakubus"a məxsus avtobusların sürət limiti endirilib. Sərnişinlərin sözlərinə görə, sürət həddi saatda 50 km-ə salınıb. Bu isə gecikmələrə səbəb olur.

Xezerxeber.az xəbər verir ki, sərnişinlərin fikirlərini sürücülər də təsdiqlədi. Bir aya yaxındır ki, tətbiq edilən sürət limiti heç onların da ürəyincə deyil.

Məsələ ilə bağlı "BAKUBUS" MMC-dən "Xəzər Xəbər"ə bildirilib ki, bu qərarın verilməsinə səbəb qəzaların sayının artması olub.

Qurumdan o da bildirildi ki, bu qərar sözügedən avtobuslar üzrə qəza statistikasına müsbət təsirini göstərib. Belə ki, qəzaların sayı 40 faiz azalıb. Hazırda xüsusi avtobus zolaqlarının genişləndirilməsi üzrə işlər davam etdirilir. Avtobus zolaqlarının üstün cəhətlərindən biri təhlükəsiz və operativ sərnişindaşımanın həyata keçirilməsidir:

“Zolaqlar şəbəkəsi genişləndikcə sürət həddinin tənzimlənməsinə yenidən baxılma zərurəti meydana çıxacaq",- deyə qurum rəsmisi əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
24
xezerxeber.az

10Mənbələr