AZ

“Araz-Naxçıvan” Muxtar Respublikaya dönür? – RƏSMİ AÇIQLAMA

“Araz-Naxçıvan”ın növbəti mövsümdə ev oyunlarını harda keçirəcəyi bəlli deyil.

Komandanın Naxçıvanda yerləşən stadionunun premyer-liqa tələblərinə cavab verməməsiylə yanaşı, yeni idman qurğusunun inşa olunacağı haqda xəbərlər var. Belədə konkret addımların atılıb-atılmadığını öyrənmək məqsədilə klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla danışdıq. Onun “Football-plus.az”a söylədikləri:
“Naxçıvandakı stadionla bağlı sənədləşmə, layihələndirmə və tender işləri gedir. Təmir çalışmalarına start veriləcək vaxt yaxın günlərdə bəlli olacaq. Növbəti mərhələdə uyğun qərarlar əsasında müəyyən addımlar atılacaq. İndiki məqamda konkret bir şey yoxdu. Növbəti mövsüm üçün planlara gəlincə, bu məsələylə bağlı qərar Naxçıvan stadionunun vəziyyəti tam dəqiqləşəndən sonra veriləcək. İstənilən halda ehtiyat variant kimi Bakıdakı idman qurğularından biri nəzərdə tutulub”.


Qeyd edək ki, “Araz-Naxçıvan” 2023/24 “futbol ili”ndə ev oyunlarını Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da keçirib.

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
football-plus.az

1Mənbələr