AZ

Soçidə 15 il əvvəl törədilən qətldə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb

Soçidə 15 il əvvəl törədilən qətldə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnodar diyarı üzrə istintaq idarəsinin teleqram kanalında məlumat verilib.

“Rusiya İstintaq Komitəsinin Soçi şəhərinin Mərkəzi Dairəsinin bölgə üzrə İstintaq İdarəsinin müstəntiqi 2009-cu ildə bir nəfərin öldürülməsi ilə bağlı cinayət işinin istintaqı çərçivəsində axtarışda olan Ermənistan vətəndaşını saxlayıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi)”, - məlumatda qeyd edilib.

Bildirilib ki, qətl 2009-cu ildə diskotekaların birinin yaxınlığında baş verib. İlkin məlumata görə, həmin şəxslə tanışı arasında münaqişə baş verib və həmin şəxsi bıçaqlayıb. Zərərçəkmiş şəxs xəstəxanada ölüb.

Mənbə: report.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
6
report.az

7Mənbələr