AZ

Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsində növbəti seminar keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsində “Ulu öndər Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan Prezident, Qüdrətli Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qürurlu dövrünü yaşayır” mövzusunda seminar keçirilib.

Bu barədə "Tehsil.biz"​​​​​​ə institutdan bildirilib.

Seminarda şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli 1993-cü ilin 15 iyun tarixinin xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gün olduğunu, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuş olduğunu söyləyib. Çıxışında həmçinin Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın parçalanma təhlükəsindən qurtulduğunu və sabitliyin, demokratiyanın əsasının qoyulduğunu vurğulayıb. Bildirib ki, dahi lider Heydər Əliyev xalqımız üçün elə bir ideologiya müəyyənləşdirib ki, onun müəllifi olduğu Azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummili mənafelər çərçivəsində bir araya gəlməsinə zəmin yaratmışdır.

Natiq Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin möhtəşəm uğurlara imza ataraq, Azərbaycanı Cənubi Qafqazın inkişaf mərkəzinə çevirdiyini, COP29-un ölkəmizdə keçirilməsinin böyük tarixi mahiyyət daşıdığını vurğulayıb.

Daha sonra şöbənin dissertantı Zeynəb Həcəmova çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
tehsil.biz

1Mənbələr