AZ

ABŞ 25 il əvvəlki ssenarini masaya gətirir? – Öcalanın taleyini bu dəfə Gülən yaşaya bilər – DETALLAR

ABŞ-ın Pensilvaniya ştatında yaşayan FETÖ lideri Fətullah Gülənin qaçırıldığı, hətta öldüyünə dair son günlər məlumatlar yayılır. Bir ara iddia olundu ki, ABŞ onu Türkiyəyə təhvil verib. Sonradan bu iddia təkzib edildi. Amma yenə də mövzu medianın gündəmindən düşmür.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, FETÖ terror şəbəkəsinin rəhbəri Fətullah Gülən ətrafında bir sıra xəbərlər yayılır:

“Onun Türkiyəyə təhvil veriləcəyini ehtimal etmirəm. Çünki Gülənin uzun illər ABŞ kəşfiyyat strukturları ilə əlaqəsi olub. Əgər belə olmasa idi, ona Birləşmiş Ştatlarda yaşam icazəsi verilməz, qorunmazdı. Onun xəstə olduğu, vəziyyətinin ağırlaşdığına dair xəbərlər də yayılır. Yüksək dərəcədə şəkər xəstəliyindən əziyyət çəkir. Ölüb-ölmədiyi isə məlum deyil. Çünki ətrafındakı adamlar qorxur ki, Gülən ölərsə, şəbəkə dağıla bilər. Ona görə, yaşadığını göstərməyə çalışırlar”.

Politoloqun fikrincə, ABŞ Türkiyəni strateji müttəfiq sayırsa, Güləni Ankaraya təhvil verməlidir:

Elxan Şahinoğlu

“Birləşmiş Ştatların özəl maraqları var və bunun üçün kimsə ilə hesablaşmır. Fətullah Gülən ölərsə, şəbəkə başsız qalmayacaq. Onun Avropada, Amerikada və s. qolları var. Türkiyədə şəbəkənin bütün imkanları əllərindən alınsa da bəzi Qərb ölkələrində maliyyə resurslarını, məktəblərini və müəssisələrini qoruyur, gəlir əldə edirlər. Bunu itirmək istəməzlər. Onun yerinə kimin keçəcəyi isə ətrafındakı insanları düşündürür. Elə bir “lider” tapmaq isə çətin olacaq.

Vaxtilə Azərbaycanda Gülən şəbəkəsinin müəyyən qolları və maliyyə mənbələri var idi. Amma Türkiyədə sözügedən şəbəkəyə qarşı mübarizə gücləndikdən sonra, ölkəmizdə də onların imkanları məhdudlaşdırıldı. Tamamilə aradan qaldırıldığını söyləmək olmaz, bəlkə də gizli şəkildə işlərinə davam edirlər”.

Globalinfo.az saytının təsisçisi Azər Ayxan deyib ki, Fətullah Gülən mövzusu aktuallaşanda Azərbaycan məsələsi də gündəmə gəlir:

“Gülən tərəfdarları Azərbaycanda uzun illər fəaliyyət göstərib. Təhsildə, media, iqtisadiyyatda, QHT sektorunda, biznes sahəsində təmsil olunublar. Siyasi proseslərdə bu və başqa formada iştirak ediblər. Fətullah Gülənə bağlı yüzlərlə iş adamı pul qazanıb. 2016-cı ilin iyul ayının 15-də Türkiyədə hərbi qiyama cəhddən sonra bu təşkilat Azərbaycanda da qadağan edildi və üzvləri ölkədən qovuldu. Bəzi iddialara görə onlar hazırda zəif də olsa müxtəlif adlar altında Türkiyədə, Azərbaycanda fəaliyyət göstərirlər. Bu təşkilatın əsas xüsusiyyəti lazım olduqda asanlıqla yer, mövqe, şəkil dəyişdirə bilməkdir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
paytaxt.org

2Mənbələr