Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) İsraili “münaqişə zonalarında uşaqlara zərər verən ölkələr və qruplar siyahısına” əlavə edib.
Bakupost.az xəbər verir ki, “Israel National News”un verdiyi məlumata görə, BMT-nin baş katibi Antonio Quterreş məsələ ilə bağlı İsrailin Vaşinqtondakı hərbi attaşesi general-mayor Hedi Silbermanı məlumatlandırıb.
Quterreş Silbermana Rusiya və terror təşkilatları DEAŞ, Əl-Qaidə və Boko Haram, eləcə də İsraili “münaqişə zonalarında uşaqlara zərər verən ölkə və təşkilatlar” qara siyahısına daxil etmək qərarına gəldiyini bildirib.
Siyahıda İsrail Dövlətinin adının açıq-aydın qeyd olunmayacağı, lakin vəziyyətə görə məsul şəxsin “İsrail ordusu” olaraq təyin olunacağı təxmin edilir.
Qeyd edək ki, Qəzza zolağında ən azı 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 586 fələstinli həlak olub, 83 min 74 nəfər isə yaralanıb.
BMT-nin hesabatlarına görə, Qəzzada hər 10 dəqiqədən bir uşaq ya ölür, ya da yaralanır.
Qəzza hökumətinin Media Ofisi iyunun 3-də verdiyi açıqlamada Qəzzada 3500 uşaq aclıq səbəbilə ölümlə üz-üzədir.
Telegram kanalımız