AZ

Messi DÇ -2026-da iştirak edəcək? – açıqlama

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-da mümkün iştirakla bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu indidən bu barədə dəqiq nəsə deməyin çətin olduğunu bildirib:

“Bu, fiziki olaraq özümü necə hiss etdiyimdən asılıdır. Hələ vaxt var, ona görə də indi nə edəcəyimi bilmirəm. Yaş da bir reallıqdır, baxmayaraq ki, bu, sadəcə bir rəqəmdir”.

Bu mövsüm 36 yaşlı argentinalı “İnter Mayami”nin heyətində 15 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Messi Argentina millisi ilə beş dünya çempionatında iştirak edib və 2022-ci ildə turnirin qalibi olub.

 

Seçilən
112
9
idmanxeber.az

10Mənbələr