AZ

BMT İsraili qara siyahıya saldı

BMT İsraili "münaqişə zonalarında uşaqlara zərər verən" ölkələrin qara siyahısına əlavə edib.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) oktyabrın 7-dən Qəzza zolağında minlərlə dinc sakini qətlə yetirən İsraili "münaqişə zonalarında uşaqlara zərər verən ölkələr və qruplar siyahısı"na əlavə edib.

Turkustan.az xəbər verir ki, İsrail Milli Xəbərlərinin verdiyi məlumata görə, BMT-nin baş katibi Antonio Quterreş məsələ ilə bağlı İsrailin Vaşinqtondakı hərbi attaşesi general-mayor Hedi Silbermanı məlumatlandırıb.

Quterreş Silbermana Rusiya və terror təşkilatları DEAŞ, Əl-Qaidə və Boko Haram, eləcə də İsraili “münaqişə zonalarında uşaqlara zərər verən ölkə və təşkilatlar” qara siyahısına daxil etmək qərarına gəldiyini bildirib.

BMT-nin baş katibi Quterreşi bu addımdan əl çəkməyə inandırmaq üçün bütün cəhdlərində uğursuzluğa düçar olduğu bildirilən İsrail gələn həftə açıqlanacaq qara siyahıya düşəcək.

Siyahıda İsrail Dövlətinin adının açıq-aydın qeyd olunmayacağı, lakin vəziyyətə görə məsul şəxsin “İsrail ordusu” olaraq təyin olunacağı təxmin edilir.

İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 586 fələstinli həlak olub, 83 min 74 nəfər isə yaralanıb.

BMT-nin hesabatlarına görə, Qəzzada hər 10 dəqiqədən bir uşaq ya ölür, ya da yaralanır.

Qəzzada hökumətin Media Ofisi iyunun 3-də verdiyi açıqlamada Qəzzada 3500 uşağın aclıq səbəbilə ölümlə üz-üzə qaldığını açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
89
4
turkustan.az

4Mənbələr