AZ

Bakı Enerji Həftəsi tarixi hadisədir - Aydın Quliyev

Yazını böyüt
Yazını kiçilt

“Dünyanın enerji sektorunun tanınmış simalarının təmsil olunduğu Bakı Enerji Həftəsi tarixi hadisədir”.

Bunu hafta.az-a siyasi şərhçi Aydın quliyev BAkı Enerji Həftəsinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

A.Quliyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın enerji təhlükəsizliyində aktiv və aparıcı rol almış bir dövlətdir. Azərbaycan bu günə qədər də həmin mövqeyini davam etdirir.

Ekspert hesab edir ki, Azərbaycan enerji ehtiyatlarını sülh əməkdaşlığı, sülh arealının genişlənməsi üçün bir vasitəyə çevirə bildi. Onun fikrincə, təsadüfi deyil ki, Azərbaycanın enerji xəritəsini dəyişdiyi aydın şəkildə ifadə olunur.

A.Quliyev hesab edir ki, bu gün Azərbaycan ənənəvi enerjidən bərpa olunan enerji növlərinə keçid üzrə dünyaya öz töhfələrini verməkdədir. Onun fikrincə, Azərbaycanın bu sahədə özünün yanaşmaları, yolu var. Bu yol prinsip və meyarları ilə dünya standartlarına uyğun olsa da, tamamilə fərqli bir rol oynayır.

“Azərbaycan həqiqətən də qeyri-ənənəvi enerji mənbələri ilə dünya enerji təhlükəsizliyinə töhfələr verəcək. Azərbaycanda keçirilən Bakı Enerji Həftəsi ölkəmizin dünyanın alternativ enerji erasına keçid prosesində xüsusi rol oynamaq xarakterindən xəbər verir. Azərbaycan ənənəvi enerjidən, bərpa olunan enerji növlərinə təkamül yolu ilə keçidin təşviq olunmasında maraqlı siyasət aparan ölkələrdən birinə çevrilib”.

Ekspert bildirib ki, bu gün bəzi ölkələr neft-qaz olan ölkələrə doğru yanaşma sərgiləmirlər. Eyni zamanda qeyd edib ki, bəzi hallarda neft-qaza malik olan və olmayan ölkələr arasında nifaq salmağa çalışırlar. İqlim dəyişmələrinə görə nefti olan ölkələrlə, nefti olmayan ölkələrin məsuliyyətlərini bərabərləşdirmək cəhdləri var. İqlim dəyişilmələri ilə bağlı mübarizədə kiçik iqtisadiyyata malik olan ölkələr unudulur və həmin ölkələrin mənafeləri nəzərə alınmır.

“Biz Prezidentin çıxışına diqqət yetirəndə bütün bu məsələlərlə bağlı olduqca maraqlı yanaşmaları gördük. Azərbaycan yeni alternativ enerji mənbələrinə keçməklə kifayətlənmir, eyni zamanda bu keçidin ən müasir tələblərə cavab verən fəlsəfəsini, konsepsiyasını hazırlayıb. Bu konsepsiya keçid prosesində bütün dövlətlərin səylərini birləşdirmək, əməkdaşlıq mühiti yaratmaq, qarşıdurmalara, çəkişmələrə son qoymaq, ənənəvi enerji mənbələrindən alternativ enerji növlərinə tədricən, partlayışsız keçid prosesinin əsasını qoymaqdan ibarətdir. Azərbaycan bu məsələyə siyasi, geosiyasi maraqlar çərçivəsində yanaşmır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
hafta.az

1Mənbələr