AZ

Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti bahalaşıb

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib.

Beləliklə, premium markalı Aİ-95 və super markalı Aİ-98 benzinin hər biri 40 qəpik bahalaşıb.

Hər iki benzin növü Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir.

Hər iki marka benzini ölkəyə gətirən "SOCAR Petroleum" şirkətindən BBC News Azərbaycancaya bildirilib ki, "hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9 faizi “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür".

"Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir", - "SOCAR Petroleum"-dan BBC-yə bildiriblər.

Aİ-95 markalı benzinin qiyməti son dəfə 2021-ci ilin sentyabrında bahalaşıb.

Həmin vaxt qiymət 1 manat 45 qəpikdən 1 manat 60 qəpiyədək yüksəlib.

Ondan əvvəlki bahalaşma isə həmin ilin iyulunda olub, qiymət 1,4 manatdan 1,45 manatadək yüksəlib.

Təbii qaz tarifləri: aşağı limit, sıfırlanma və sayğaclar haqqında 5 suala cavabÇörəyin qiyməti: Cənubi Qafqaz boyunca bahalaşmaya səbəb nədir?"Müəllimə sübut etmək istəyirlər ki, onun maaşı artıb"

Aİ-95 benzinin qiyməti dövlət orqanı olan Tarif Şurası tərəfindən tənzimlənmir və ölkəyə bu markalı benzin əsasən, SOCAR-ın törəmə şirkəti olan "SOCAR Petroleum" tərəfindən gətirilir.

Azərbaycanda kütləvi istifadə olunan Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətində heç bir dəyişiklik olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
bbc.com

1Mənbələr