AZ

“2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının 990 manat olacağı proqnozlaşdırılır”

“2024-cü

“2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsini zəruri edib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında çıxışı zamanı Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib. O, əlavə edib ki,

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilib, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olacağı proqnozlaşdırılır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
xalqcebhesi.az

2Mənbələr