AZ

"Sahibkar Qadınların Milli İnkişaf Strategiyasının Hazırlanması" Layihəsinə Start Verildi

Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyi “Sahibkar Qadınların Milli İnkişaf Strategiyasının hazırlanması” adlı layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, bu barədə Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyi “Sahibkar Qadınların Milli İnkişaf Strategiyasının hazırlanması” adlı layihənin icrasına başlayıb: "01.06.2024-cü il tarixində başlayan, 4 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihənin məqsədi Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar üçün Milli İnkişaf Strategiyasının hazırlanmasıdır.

Layihə çərcivəsində;

  • Azərbaycanda ilk dəfə "Sahibkar Qadınların Milli İnkişaf Strategiyası" hazırlanacaq
  • "Sahibkar Qadın İcmaları" yaradılacaq
  • "Sahibkar Qadın Portreti" kitabı hazırlanacaq
  • "Sahibkar Qadınların Milli İnkişaf Strategiyası” adlı koalisiya təsis ediləcək
  • "Qadın Sahibkarlığı Səfirlərinin Azərbaycan şəbəkəsi" yaradılacaq
  • "Sahibkar Qadınların Milli İnkişaf Strategiyası Platforması" təsis ediləcək
  • Həssas qurupdan olan qadınların, xüsusilə məhbusluqdan azad edilən, çıxmaqda olan, qadınların məşğulluğunun artırılması, iqtisadi və sosial həyatda iştirakının təşviqi, onların tanıdılması və uğur hekayələrinin digər qadınlara çatdırılmasına dəstək göstəriləcək
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və ümumilikdə həssas qrupdan olan sahibkar qadınların beynəlxalq təcrübədən yararlanmasına dəstək göstəriləcək
  • "Qadın İnkişaf Proqramı” hazırlanacaq,
  • "Qadın Monitorinq Qrupu” yaradılacaq,
  • "Qadın Sahibkarlığın Milli İnkişaf Strategiyası: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı dəyirmi masa təşkil ediləcək,
  • "Azərbaycanda Sahibkar Qadınlar Həftəsi” başladılacaq. Bu həftə çərçivəsində dinləmələr, sorğular, dəyirmi masalar, təlimlər təşkil ediləcək.

Eyni zamanda, layihə çərçivəsində Avropa və Mərkəzi Asiyanın inkişaf etmiş ölkələrinin uğurlu sahibkar qadınları və həmin ölkələrin iqtisadçı ekspertləri, UNDP, eyni zamanda Azərbaycan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi, QHT-lər və sahibkar qadınlardan ibarət “Sahibkar Qadınların Milli İnkişaf Strategiyası” adlı koalisiya təsis ediləcək və koalisiya üzvlərinin iştirakı ilə sahibkar qadınların milli inkişaf strategiyası hazırlanacaq.

Sahibkar Qadınların Milli İnkişaf Strategiyası sahibkar qadınlar arasında keçirilən sorğular, sahibkar qadınların iştirakı ilə dinləmələr, dəyirmi masa, beynəlxalq və yerli təcrübənin tədqiqi və inkişaf etmiş ölkələrin qadın sahibkarlarının inkişafına təsir edən amilləri yerli standartlara inteqrasiya edərək hazırlanacaq. Bu prossesdə xüsusi ilə beynəlxalq dərəcəli ekspertlər və qlobal sahibkarlıq fəaliyyəti ilə məşğul olan uğurlu qadınlar iştirak edəcək.

Sahibkar Qadınların Milli İnkişaf Strategiyasının hazırlanması əsasən aşağıdakı istiqamətləri əhatə edəcək;

  • Qadınların distant iş siyasəti
  • Qadınların məşğulluğuna, xüsusi ilə də həssas qrupdan olan qadınların məşğulluğuna qanuni maneələrin aradan qaldırılması
  • Sahibkar qadınların rəqəmsal və innovativ bacarıqlarının artırılması
  • Qadın top menecerlərinin sayının artırılması
  • Özəl və dövlət sektorunda gender siyasətinin tənzimlənməsi
  • Peşə təhsili alan qızların sahibkarlığa təşviq mexanizminin dəstəklənməsi və s.

Bundan əlavə tədqiqatların nəticəsi olaraq “Sahibkar Qadın Portreti” kitabı çap olunacaq. Adı çəkilən kitab qadın sahibkarlara inkişaf istiqaməti verəcək. Həmçinin layihə çərçivəsində "Qadın Sahibkarlığı Səfirlərinin Azərbaycan şəbəkəsi" yaradılacaq ki, bu şəbəkə də öz növbəsində inkişaf etməkdə olan sahibkar qadınlara mentorluq dəstəyi göstərəcək".

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
qht.az

1Mənbələr