AZ

“Kodlarla yazılmış dünya” təlimlər silsiləsi davam edir - FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin İKT departamentinin üzvləri Rüfət Əzizzadə və Tunar Məmmədli tərəfindən “Uşaqdan-uşağa” layihəsi çərçivəsində “Kodlarla yazılmış dünya” təlimlər silsiləsi davam edir.

QHT.az xəbər verir ki, fizika, riyaziyyat və informatika təmayüllü liseyin Vlll sinif şagirdlərinin iştirakı ilə baş tutan növbəti təlimlərdə süni intellekt yazarkən istifadə olunan əsas “Python” funksiyaları və istifadə olunan kitabxanalar, həmçinin süni intellekt proqramlarının alqoritminin qurulması barəsində məlumat verilib.

Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin kompüter biliklərinin təkmilləşdirilməsi, proqramlaşdırma dilinin əsas funksiyaları öyrənməklə onlara öz layihələrini yaratmaq imkanı vermək və informatika sahəsinə olan maraqlarının artırılmasına dəstək olmaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
qht.az

1Mənbələr