AZ

Qızlarımızda əcnəbi oğlanlara yaranan maraq: Sevgi, ölkədən qaçış, yoxsa pul?

Evlənmək, sağlam ailə sahibi olmaq yetkinlik yaşına çatmış hər kəsin arzusudur. Ancaq əksər gənclərimiz bunun nə qədər məsuliyyətli bir iş olduğunu dərk etmirlər. Və bu səbəbdən də, ölkəmizdə boşanmaların sayı gündən-günə artır. Boşanmadan əziyyət çəkən tərəf isə çox vaxt qadınlar olur. Çünki bir çox bölgələrdə valideynlər qızları kiçik yaşlarında ərə getməyə məcbur edirlər. Ölkəmizdə qızların o qədər də azad seçim imkanı olmur, qız uşaqlarına bir çox məhdudiyyətlər qoyulur. Ancaq valideynlərinə qarşı çıxıb kiminlə gəldi, hətta öz dinindən, öz millətindən olmayan insanlarla ailə quran qızlarımız da var. Statistikaya nəzər saldıqda görürük ki, əvvəlki illərə nisbətən əcnəbi vətəndaşlarla ailə quran qızların sayı oğlanların sayından xeyli çoxdur. Artıq bölgələrdə yaşayan qızlar da xarici vətəndaşlarla ailə qurub ölkəni tərk etməyə üstünlük verirlər.

Maraqlıdır, görəsən bunun əsas səbəbi sevdikləri insanla ailə qurmaqdır? Yəni qızlar düşünürlər ki, əcnəbi vətəndaşlar daha gözəl ailə başçısı olur, yoxsa ölkədə yaşayışın çətin olması, işsizlik, az maaşla əlaqəlidir? Bəs müsəlman ölkəsi olaraq dini baxımdan bu nə dərəcədə düzgündür? Ümumiyyətlə müsəlman olmayan biri ilə ailə qurmaq günah sayılırmı?

Bütün bu suallara cavab tapmaq üçün Publika.az mütəxəssislərin fikirlərini öyrənib.

Mövzu ilə bağlı saytımıza danışan sosioloq-alim Əhməd Qəşəmoğlunun fikirlərinə görə, bunun bir neçə səbəbi var. Yəni konkret bir səbəb göstərmək doğru deyil:

“Bunun ən əsas səbəbi odur ki, dünyada qloballaşma gedir, yer üzündə dəyişikliklər baş verir, gənclərin xarici ölkələr haqqında təsəvvürləri çoxalır, gediş-gəliş artıb. Artıq xarici vətəndaşlarla ailə quranların sayı da çoxalıb”.

Sosioloq bildirdi ki, ailə institutu ailənin təməlini möhkəmlətmək üçün vacib olan işləri görmür:

“Hamı bəzəkli sözlər deyir. Amma ailəni möhkəmlətmək üçün vacib olan işlər görülmür. Dəfələrlə mətbuatda demişəm bunun üçün hansı işlər görülməli olduğunu.

Gənclərimizin bir hissəsi sevdikləri üçün xarici vətəndaşlarla ailə qurur, qalan hissəsi isə ölkədə özlərinə qarşı soyuq münasibətlə bağlı olaraq xaricə getmək istəyirlər. Biz bu məsələlər haqda fərziyyə ilə danışa bilmərik. Hanı bizim elmi mərkəzlər ki, bu məsələni təhlil etsin, məlumat yığsın, bunları yüksək səviyyədə təhlil edib nəticələr çıxarsın, fəaliyyət proqramı hazırlasın, bununla bağlı qanunvericilik bazası möhkəmləndirilsin, kütləvi informasiya vasitələrinin fəaliyyət dairəsi, istiqamətləri, strategiyaları müəyyənləşsin. Axı ölkədə bu işlər görülməlidir, lakin görülmür. Mən də bu mövzuda danışanda pis adam oluram. Ümumiyyətlə bu məsələlərlə Gənclər Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzərinə düşən işləri lazımınca görmür. Qanunvericilik bazası ilə məşğul olanlar öhdəsinə düşən işləri yerinə yetirmir, sosial müdafiə məsələləri ilə bağlı, iqtisadi məsələlərlə bağlı bir xeyri işlər var ki, onları çox uğurla görmək olar. Ölkə başçısının başı qarışıb çox möhtəşəm işlərə, bundan artıq nə ola bilər ki? Torpaqlarımız işğaldan azad oldu və xarici ölkələrlə xeyli əlaqələrimiz var. Sosial problemlərlə də prezident gəlib məşğul olmalı deyil ki. Sosial, iqtisadi problemlərlə məşğul olan strukturların xeyli günahı var bu məsələdə”.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovun fikrincə isə kimsə ailə qurub ölkədən qaçdığını düşünürsə, səhv edir:

“İki şəxs arasında münasibətlərin psixoloji qərarı cütlük, hüquqi qərarı isə evlilikdir. Evlilik sevginin hüquqi adıdır. Sosial status bəzən insanı evliliklə bağlı qərar verməyə təhrik edir. Şəxs və ya şəxslər düşünürlər ki, daha yaxşı yaşamağın meyarı maddiyatdır. Pulun xoşbəxtliyi gətirəcəyinə inanan insanlar var. Heç bir halda maddi resurs xoşbəxtliyi gətirə bilməz, amma rahatlığı təmin edər. İnsanlar düşüncələrindəki anlayışları müqayisə edə bilmirlər, nə istədiklərini bilmirlər. İnsanın istəyi ancaq pul ola bilməz. Əgər elədirsə, mütləq psixi sağlamlıq mütəxəssisinə müraciət etmək lazımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
publika.az

3Mənbələr