AZ

Avropanın enerji təhlükəsizliyində yerimiz görünür - TƏHLİL 

Azərbaycan dövləti beynəlxalq aləmdəki yüksək yerini, güclü nüfuzunu öz addımları ilə təsdiqləyib


4-6 iyun tarixlərində keçirilmiş Bakı Enerji Həftəsində 37 ölkədən 300-ə qədər şirkətin qatılması beynəlxalq tədbirin aktuallığını təsdiqləməklə yanaşı, Azərbaycanın mövqeyinin güclənməsindən xəbər verir. İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir tədbirdə iştirak edir. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. 

Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsusdur. Azərbaycanın iqtisadi imkanlarının təqdimatına, investorların ölkəmizə gəlişinə yol açan sərgi bu gün Bakı Enerji Həftəsi adı ilə özündə mühüm tədbirləri ehtiva edir. Ən əsası hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinin Bakı Enerji Həftəsində müzakirə olunan mövzular sırasına daxil edilməsi Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sektorunda da dövrün çağırışlarını yüksək səviyyədə cavablandırdığını nümayiş etdirir. ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemianın Azərbaycanı regionda və Avropada enerji təhlükəsizliyinin irəlilədilməsində etibarlı tərəfdaş adlandırması bunu bir daha sübut edir. Amerikalı diplomat, həmçinin belə bir əminlik ifadə edib ki, COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan etibarlı enerji təchizatçısı kimi iqlim hədəflərinə nail olunması və qlobal enerjiyə keçidin sürətləndirilməsi üçün öz mövqeyindən istifadə edə bilər. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin Avropa üçün önəmi xeyli dərəcədə artıb. Dünyada, eləcə də yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaradır. Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparır. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Bakı Enerji Həftəsinin keçirilməsi də bütün bunlara sübutdur. Qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var. Dövlət başçısı bu barədə də fikirlərini açıqladı. Azərbaycanın bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır. Bu gün Avropa dövlətləri təbii qazla bağlı yeni imkanlar axtarışındadır. Burada ən önəmli ölkələrdən biri Azərbaycandır. Təsadüfi deyil ki, xarici qonaqlar Azərbaycanın enerji sahəsində Aİ-nin güclü tərəfdaşı olduğunu bəyan ediblər. Eləcə də, Cənub Qaz Dəhlizinin Avropa ölkələri və region üçün əhəmiyyəti qeyd edilib. Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirilib. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir. Bir sözlə, bütün dünya Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir. 

Millət vəkili Elman Nəsirli "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan il ərzində ən böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən öncül dövlətlərdəndir. Deputat vurğulayıb ki, Azərbaycan dövlətinə və onun liderinə dünyada böyük diqqət var:


 "Başqa cür də ola bilməz. Azərbaycan Prezidenti Müzəffərdir, Ordumuz yenilməzdir. Belə dövlət başçıları hər zaman diqqət mərkəzində olublar. Azərbaycan dövləti beynəlxalq aləmdəki yüksək yerini, güclü nüfuzunu öz addımları ilə təsdiqləyib. Bakı Enerji Həftəsi çərçivəsində mühüm sərgilər təşkil olundu. Bu sərgilər həm bərpa olunan, həm də bərpaolunmayan enerji mənbələri ilə bağlı reallıqların təqtimadı baxımından çox əhəmiyyətlidir. Azərbaycanın enerji siyasətinin əsas mahiyyəti odur ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində çox ciddi rol oynayır. Enerji təhlükəsizliyimiz ilk növbədə enerji marşrutlarının şaxələndirilməsinə yönəlib. Avropanın enerji təhlükəsizliyi isə enerji mənbələrinin şaxələndirilməsindən asılıdır. Qərb ölkələri çalışırlar ki, bir neçə mənbədən, o cümlədən Azərbaycandan enerji rerurslarını ala bilsinlər. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Avropa Komissarlığı Azərbaycanı ümumavropa enerji təchizatçısı kimi qəbul edir. Bu, çox böyük qiymətdir. Dövlət başçısının vurğuladığı kimi 2024-cü ildə Azərbaycan təxminən 24 milyard kub metr qaz ixrac etməyi planlaşdırır ki, bu da 8 dövləti əhatə edir. Onun da 6-sı Avropa dövlətidir. Xeyli dövlət bu sahədə Azərbaycanla əməkdaşlıq etmək niyyətini ortaya qoyur".

Parlament üzvü vurğulayıb ki, qazıntı enerjisi baxımından Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər rolu, şəkisi var: 

"2027-ci ilədək Avropaya 20 milyarda qədər qaz ixracı nəzərdə tutulur. Azərbaycan təkcə bərpaolunmayan enerji mənbələrinə görə dünyada populyar deyil, ölkəmizin özəlliyi ondadır ki, biz iqlim dəyişikliyi məsələlərinə çox ciddi yanaşırıq. Azərbaycan ilin sonunda COP29 kimi nəhəng tədbirə ev sahibliyi edəcək. Dünyaya sübut edir ki, neft və qazla yanaşı, yaşıl enerjiyə üstünlük veririk. Bərpaolunan enerji mənbələri ilə bağlı siyasətimizi dərinləşdiririk. Külək və günəş elektrik stansiyalarının təməlini qoyuruq. Qarabağ və Şərqi Zəngəzur bölgəsinin də geniş yaşıl enerji potensialı var. Qısa müddətdə 2 qiqavat yaşıl enerji əldə edəcəyik". 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
2
sherg.az

3Mənbələr